"Sivasspor" Mahir Emrelini transfer etmək istəyir

19 Yanvar, 12:05 Sosial mediada paylaşın:
Türkiyənin "Sivaspor" klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Sivas klubu 25 yaşlı hücumçu ilə bağlı Varşava təmsilçisinə təklif göndərib. Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

CANLI YAYIM