Yunanıstan klubları "Neftçi"nin legionerinə maraq göstərir

19 Yanvar, 12:02 Sosial mediada paylaşın:
Yunanıstanın iki klubu "Neftçi"də çıxış edən futbolçu Mamadu Kane ilə maraqlanır.
Yunanıstan mətbuatı xəbər verir ki Superliqa təmsilçiləri 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Müqavilə ilə "Olimpiakos"a məxsus olan qvineyalı oyunçunun bu klublardan birinə icarəyə veriləcəyi gözlənilir. Məşqçilər korpusu Kaneni yerli komandalara icarəyə verməklə onu yaxından izləməyi hədəfləyir. Qeyd edək ki, Mamadu Kane hazırda Afrika Millətlər Kuboku üçün Qvineya yığmasının düşərgəsindədir. Yarımmüdafiəçi icarə ilə "Neftçi"də çıxış edir.

CANLI YAYIM