Şəhriyar Məmmədyarovdan ardıcıl 3-cü heç-heçə

18 Yanvar, 15:15 Sosial mediada paylaşın:
Niderlandın Veyk-An-Zee şəhərində şahmatçıların “Tata Stil Çes” superturniri davam edir.
Qrossmeysterimiz Şəhriyar Məmmədyarov 3-cü turda qara fiqurlarla niderlandlı Aniş Giri ilə görüşüb. Qarşılaşma 21-ci gedişdə heç-heçəylə başa çatıb. Şahmatçımızın hesabında hələlik 1 xal yarm var. Xatırladaq ki, Məmmədyarov 1-ci turda rusiyalı Daniil Dubov, 2-ci turda Andrey Yesipenko ilə xalı yarı bölmüşdü. 
Təmsilçimiz 4-cü turda polşalı Yan Kşiştof Duda ilə üz-üzə gələcək. 
Dairəvi sistem üzrə keçirilən “Tata Stil Çes” superturnirində 14 qrosmyester qələbə uğrunda mübarizə aparır. 

CANLI YAYIM