Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib

18 Yanvar, 09:20 Sosial mediada paylaşın:
FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
Bu ada Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski sahib olub. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.
O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.
Ötən il 69 qol vuran R.Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və kuboku yarışının qalibi olub.

CANLI YAYIM