"Yuta" və "Minnesota" qalib gəlib

17 Yanvar, 17:25 Sosial mediada paylaşın:
Müntəzəm çempionatda Qərb konfransının ilk üçülüyünü  tamamlayan “Yuta Cazz” səfərdə “Denver Naqqets”lə qarşılaşıb. Oyuna daha fəal başlayan qonaqlar  fasiləyə üstün yollanıblar - 68:58. 3-cü periodda  təzyiqi artıran meydan sahibləri 7 xalın əvəzini çıxsalar da  sonuncu dövrədə yenə də rəqiblə bacarmayıblar. 4-cü hissədə böyük fərqlə üstün olan “Yuta Cazz”  basketbolçuları yekunda  125:102 hesabilə qələbə qazanıblar. Komandanın heyətində Donovan Mitçell 31 xal, 5 ribaund və 4 məhsuldar ötürmə qələbədə böyük pay sahibi olub.
Gecənin daha bir maraqlı görüşündə isə “Minnesota Timbervulvs” və “Qolden Styet Varriors” kollektivləri üz-üzə gəliblər. Son iki oyunda məğlub olan meydan  sahibləri bu dəfə azarkeşlərini sevindiriblər. Görüş ərzində təşəbbüsü əldən verməyən yerli komanda sonuncu hissədə xüsusuilə fəallığı diqqət çəkib.  10 xal daha artıq toplayan Minnesota basketbolçuları yekunda 119-99 hesabilə qalib gəlib. Meydan sahiblərindən Karl Tauns  26 xal, 11 ribaundla  gecənin ən yaxşı basketbolçusu seçilib. Qeyd edək ki, “Minnesota Valyd” qərb konfransıənda 7-ci yerdədir. “Qolden Steyt Varriors” ikincidir. Bu konfransa isə hazırda “Finiks Sanz“ başçılıq edir.

CANLI YAYIM