Polşalı futbolçu Azərbaycanda oynaya bilər

17 Yanvar, 13:02 Sosial mediada paylaşın:
Moldovanın "Zimbru" klubunun futbolçusu Martin Kuyttinen karyerasını Azərbaycanda davam etdirə bilər.
Bu barədə Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov yerli mətbuata açıqlama verib. Onun sözlərinə görə, 25 yaşlı hücumameylli yarımmüdafiəçi Azərbaycan və Polşa klublarının diqqət mərkəzinə düşüb. Adıgözəlov polşalı oyunçu ilə maraqlanan komandaların adlarını açıqlamayıb. Qeyd edək ki, Martin Kuyttinen daha əvvəl "Vikinqur", Portuqaliyanın "Agias-du-Moradal" və "Sintrense" klublarında, həmçinin İspaniya "Valyadolid"inin U-19 komandasında çıxış edib.

CANLI YAYIM