Novak Cokoviç həbs edilib

15 Yanvar, 12:30 Sosial mediada paylaşın:
Avstraliya Açıq tennis turnirində iştirak üçün Melburna gələn Novak Cokoviç hələ də problemlərdən yaxasını qurtara bilmir.
Peyvənd olunmaqdan imtina etdiyinə görə Avstraliyaya buraxılmayan serbiyalı hüquqlarını bərpa etmək istəsə də, vəziyyət onun əleyhinə işləyir Vizası növbəti dəfə ləğv edilən ATP lideri bu azmış kimi həbs də olunub. Ancaq bu proses çox uzun çəkməyə bilər. Sabah məsələ ilə əlaqədar Avstraliya Federal Məhkəməsi yekun qərarını çıxaracaq. Cokoviçin vəkili Castin Kvill isə məhkəmənin onların xeyrinə qərar qəbul edəcəyinə inandığını söyləyib. Onun fikrincə, Novakın “Australian Open”də iştirak etmək şansı 60 faizə bərabərdir.
Yeri gəlmişkən, artıq məsələyə Serbiya prezidenti Aleksandr Vuçiç də qarışıb. O, Avstraliya hökumətini sərt şəkildə tənqid edərək onların Novaka süni şəkildə mane olduğunu söyləyib. Vuçiç avstraliyalıların Cokoviçin 10-cu dəfə Melburndakı “Böyük Dəbilqə” turnirini qazanmaması üçün bütün vasitələrə əl atdığını iddia edib. Beynəlxalq Tennis Federasiyası isə bəyanat yayaraq Avstraliya hökumətini dəstəkləyib. İTF Melburna səfər edən bütün tennisçilərin vaksinasiya prosesindən keçməli olduğunu bildirərək bunu qəbul etməyən Novakı dolayı yolla qınayıb.

CANLI YAYIM