"Neftçi" qapıçı transferində problemlə üzləşib

13 Yanvar, 11:45 Sosial mediada paylaşın:
“Sumqayıt”ın qapıçısı Aydın Bayramovun xidmətində maraqlı olan “Neftçi” problemlə üzləşib. 
“Sumqayıt” qarşı tərəfin son təklifini rədd edib. “Ağ-qaralar” qapıçını 6 aylıq icarəyə götürmək təşəbbüsü ilə çıxış edib. Bakılılar bunun müqabilində “kimyaçılar”a müəyyən qədər təzminat ödəməyə və gənc futbolçularından birini onların sərəncamına göndərməyə hazır idi. Ancaq “gənclik şəhəri” təmsilçisi ehtiyat qapıçısının olmamasını əsas gətirərək, icarə variantından imtina edib. “Sumqayıt” Aydının transfer hüququ birdəfəlik satmaq istəyir ki, əldə edəcəyi məbləğə yaxşı qapıçı tapsın. Onların qolkiper üçün istədiyi məbləğ 150-180 min manat arasındadır.

CANLI YAYIM