Bakıda parapauerliftinq üzrə dünya çempionatı keçiriləcək

13 Yanvar, 11:40 Sosial mediada paylaşın:
Bakıda bu il görmə məhdudiyyətli şəxslər arasında parapauerliftinq üzrə dünya çempionatı keçiriləcək.
Oktyabrın 1-dən 10-dək davam edəcək yarışda 25-dən artıq ölkənin idmançılarının iştirakı gözlənilir. Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçiriləcək dünya çempionatından əvvəl beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifatın və eyni zamanda hakimlər üçün seminarların keçirilməsi nəzərdə tutulur.

CANLI YAYIM