Azərbaycan şahmatçısı “Praqa Open-2022” turnirində liderliyini davam etdirir

12 Yanvar, 11:35 Sosial mediada paylaşın:
Çexiyada şahmat üzrə “Praqa Open-2022” turnirində Azərbaycan təmsilçisi Azər Mirzəyev uğurlu çıxışını davam etdirir.
Təmsilçimiz növbəti – 6-cı turda yarışın liderlərindən biri olan Niderland təmsilçisi Artur Pijperslə xalı yarı bölüb. Hər iki şahmatçının aktivində 5,5 xal var. Azər Mirzəyev əlavə göstəricilərə görə, birinci pillədə qərarlaşıb.
Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edir.
İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

CANLI YAYIM