Cüdoçularımız Antalyada beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər

5 Yanvar, 12:00 Sosial mediada paylaşın:
Cüdo üzrə yığma komandamız Antalyada beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
Hazırlıq prosesinə böyüklər və gənclərdən ibarət milli komandalarımız qatılacaqlar. Təlim-məşq toplanışına yanvarın 8-də start veriləcək və ayın 15-dək davam edəcək.
Qeyd edək ki, böyüklər və gənclərdən ibarət cüdo üzrə yığma komandalarımız sonuncu hazırlığını Göygöl Olimpiya İdman Kompleksində keçib. İlin sonuncu təlim-məşq toplanışında əsasən, Bakı, Sumqayıt, Gəncə və Qəbələdən yaşı 18-dən 31-dək olan cüdoçular iştirak ediblər.

CANLI YAYIM