Şahmatçımız beynəlxalq turnirdə liderliyə yüksəlib

3 Yanvar, 11:45 Sosial mediada paylaşın:
Macarıstanın paytaxtı Budapeşt şəhərində şahmat üzrə beynəlxalq turnir start götürüb.
Yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev liderliyə yüksəlib. Təmsilçimiz 7 turdan sonra rəqiblərini xeyli qabaqlayaraq birinci pillədə qərarlaşıb. Belə ki, onun ən yaxın izləyiciləri olan yerli idmançılar Vilmos Balint və Marcell Borhy 4,5 xala malikdirlər. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

CANLI YAYIM