İlin ən çox qazanan idmançıları açıqlandı

28 Dekabr, 13:32 Sosial mediada paylaşın:
"Forbes" jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb. 50 nəfərlik siyahıda illik gəlir məbləği ötən illə müqayisədə 28.5 milyondan 34 milyon ABŞ dollara yüksəlib. İlk pillədə Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor qərarlaşıb. Onun 2021-ci ildəki gəliri 180 milyon dollar təşkil edib. Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi 2-ci (130 milyon dollar), Portuqaliya millisinin və "Mançester Yunayted"un hücumçusu Kriştiano Ronaldo 3-cü (120 milyon dollar) 3-cü olub. Siyahıda ilk "onluq" aşağıdakı kimidir: 1. Konor Makqreqor - 180 milyon dollar 2. Lionel Messi - 130 milyon dollar 3. Kriştiano Ronaldo - 120 milyon dollar 4. Dak Preskott (Amerika futbolu) - 107,5 milyon dollar 5. Lebroin Ceyms (basketbol) - 96,5 milyon dollar 6. Neymar (PSJ, Fransa) - 95 milyon 7. Rocer Federer (tennis) - 90 milyon dollar 8. Lüis Hemilton (Formula 1) - 82 milyon dollar 9. Tom Bredi (Amerika futbolu) - 76 milyon dollar 10. Kevin Dürant (basketbol) - 75 milyon dollar

CANLI YAYIM