Beynəlxalq Boks Assosiasiyasının prezidenti Bakıya səfərə gəlib

23 Dekabr, 09:58 Sosial mediada paylaşın:
Boksun 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramında yer alacağı təsdiqlənib. Bu barədə Bakıya səfərə gələn Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov açıqlama verib. Rusiyalı funksioner bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi (IBA) ilə fəaliyyət planına əsasən, 2023-cü ilədək bütün tövsiyələr yerinə yetiriləcək. O, çempionatı da özlərinin keçirəcəklərinə ümidvar olduğunu vurğulayıb: "Paris-2024-dən sonra 2028-ci il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məsələsini da həll edəcəyik”. IBA prezidenti səfərinin məqsədini də açıqlayıb: "Bakı, ümumiyyətlə, Azərbaycan boksçular ölkəsidir. Serbiyanın paytaxtı Belqradda keçirilmiş son dünya çempionatının nəticələrinə əsasən demək olar ki, Azərbaycan boksçuları gözəl nəticələr göstərdilər. Məşqçilərlə görüşmək, boksun inkişafı barədə danışmaq, rəsmi görüşlər və beynəlxalq turnirlərin keçirilməsini müzakirə etmək üçün gəlmişəm”. Qeyd edək ki, IBA prezidenti bu gün Boks Mərkəzində Azərbaycan yığmasının üzvləri, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbovla görüşəcək. Umar Kremlyovun Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.

CANLI YAYIM