Basketbolçu NBA-da tarixi rekorda imza atıb

15 Dekabr, 14:02 Sosial mediada paylaşın:
"Qolden Steyt"in oyunçusu Stefen Karri Milli Basketbol Assosiasiyasında (NBA) tarixi rekorda imza atıb.
33 yaşlı idmançı buna "Nyu-York Siti"ni 105:96 hesabı ilə məğlub etdikləri qarşılaşmada nail olub.
Karrinin 3 xallıq atışlarından 5-i dəqiq alınıb. O, karyerasında 2977 dəfə qövsdən kənarda fərqlənməyi bacarıb. Basketbolçu "Boston" və "Mayami"də çıxış etmiş Rey Allenin (2973) rekordunu arxada qoyub.
Qeyd edək ki, Stefen Karri üç dəfə NBA çempionu olub. 

CANLI YAYIM