"Leykers" Simmonsa görə Uestbrukdan imtina etməyə hazırdır

14 Dekabr, 17:30 Sosial mediada paylaşın:
“Los Anceles Leykers” hələ də “Filadelfiya Seventi Siksers”dən ayrıla bilməyən Ben Simmonsun keçidində maraqlıdır.
Kaliforniyalılar Pensilvaniya klubunun aparıcı oyunçusunu heyətinə qatmaq üçün qarşı tərəfə Rassel Uestbruku təklif etməyə hazırdır. Qeyd edək ki, “Leykers” yayda Rassell Uestbruku transfer etsə də, ulduz basketbolçu ümidləri doğrultmur. Yeri gəlmişkən, Simmonsla “Nyu-York Niks” də yaxından maraqlanır.

CANLI YAYIM