Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubu Ümummilli Liderin anım gününü qeyd edib

14 Dekabr, 11:25 Sosial mediada paylaşın:
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə idman tədbiri keçirilib.
Klubu təmsil edən boksçular Maqdeburq boks arenasında digər klublardan dəvət elədikləri, müxtəlif ölkələrdən olan idmançılarla yoldaşlıq görüşü keçiriblər. Yarışdan öncə klubun rəhbəri, peşəkar boks üzrə dünya çempionumuz Azad Əzizov qonaqlara tədbirin mahiyyəti barədə məlumat verib, Ümummilli Liderin həyatından, dünya siyasətində tutduğu mövqedən danışıb. Sonra isə peşəkar boksçular - soydaşımız Bəxtiyar İsgəndərzadə, alman idmançı Daniel Opitz, dağıstanlı Muhammed İniyev, rusiyalı Stanislav Yemelianov və qırğızıstanlı Boris Şminski rinqə çıxaraq yoldaşlıq görüşü keçiriblər.

CANLI YAYIM