Maks Festappen Formula 1 üzrə dünya çempionudur!

13 Dekabr, 13:34 Sosial mediada paylaşın:
Formula 1 üzrə dünya çempionatı başa çatıb.
Səudiyyə Ərəbistanı Qran-prisində qalib gəldikdən sonra lider Maks Ferstappenlə xallarını bərabərləşdirən Lüis Hemilton uğur qazanacağı halda, 8-ci dəfə dünya çempionu olaraq bu göstəricidə Mixael Şumaxeri geridə qoyacaqdı. Amma Əbu Dabinin məşhur “Yas Marina” avtodromunda “Red Bull” pilotu Maks Ferstappen buna imkan vermədi. Daha doğrusu, “Uilyams” sürücüsü Nikolas Latifinin qəzaya uğraması niderlandlı pilotun işinə yaradı. Məsələ ondadır ki, yarışın əvvəlində Hemilton irəlidə olan Ferstappeni geridə qoymağı bacarmışdı. Amma Latifinin qəzaya uğramasından sonra təhlükəsizlik maşının trassa çıxması vəziyyəti dəyişdi. Nəticədə təkərini dəyişməklə son dövrədə restrartdan maksimum yararlanan Maks Lüisi geridə qoyaraq finiş xəttini birinci keçdi. 58 dövrəni 1 saat 30 dəqiqə 17 saniyəyə qət edən Ferstappen Formula 1-də ilk niderlandlı çempion kimi tarixə düşdü. Ondan 2 saniyə geridə qalan Hemilton isə ikinci yeri tutub. “Ferrari” pilotu Karlos Sayns isə 3-cü yerə sahib çıxıb. Lüis Hemiltonun şəxsi birincilikdə çempion ola bilməməsinə baxmayaraq “Mersedes” 613,5 xalla Mühəndislər Kubokunun qalibi olub.

CANLI YAYIM