Jan Todt "Ferrari"yə qayıdır

9 Dekabr, 17:15 Sosial mediada paylaşın:
Beynəlxalq Avtoidman Federasiyasının prezidenti Jan Todt dekabrın 17-də öz postunu tərk edəcək.
İtaliya mətbuatının məlumatına görə, Todt vəzifəsindən ayrıldıqdan sonra işsiz qalmayacaq. O, karyerasını sabiq komandası “Ferrari”də davam etdirəcək. Amma onun İtaliya komandasında hansı vəzifəni tutacağı haqda konkret məlumat yoxdur. Təcrübəli funksionerin məsləhətçi və ya qeyri-icraçı direktor olacağı proqnozlaşdırılır. Xatırladaq ki, Todt 1993-2009-cu illərdə “Ferrari”yə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 8 dəfə Mühəndislər Kubokunun qalibi olub. Bununla yanaşı, skuderiyalılar 6 dəfə pilotlarının dünya çempionluğunu bayram edib.

CANLI YAYIM