Şahmatçılarımız İspaniyada keçirilən beynəlxalq turnirdə liderlər qrupunda mübarizəni davam etdirirlər

8 Dekabr, 11:20 Sosial mediada paylaşın:
İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri uğurlu çıxışlarını davam etdirirlər.
7-ci turda şahmatçımız Məhəmməd Muradlı braziliyalı Aleksandr Fier üzərində qələbə qazanıb, Eltac Səfərli yerli idmançı Jaime Santos Latasa, Aydın Süleymanlı Aleks Garrido Outonla heç-heçə ediblər. Aktivində 5,5 xal olan E.Səfərli və M.Muradlı liderlər qrupunda mübarizə aparırlar. Aydın Süleymanlı isə 4 xalla 46-cı sıradadır.
İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

CANLI YAYIM