Yohanna Konta karyerasını başa vurub

2 Dekabr, 16:14 Sosial mediada paylaşın:
Böyük britaniyalı tennisçi Yohanna Konta karyerasını bitirmək qərarına gəlib.
Bu günə qədər 3 dəfə “Böyük dəbilqə” seriyalı turnirlərdə yarımfinala çıxan 30 yaşlı tennisçi nə üçün belə qərar qəbul etməsi haqda heç bir məlumat verməyib. Konta bu günə qədər ona dəstək olanlara təşəkkür etdiyini bildirib. Yohanna məhz tennis sayəsində qarşısına qoyduğu bütün məqsədlərə nail olduğunu da söyləyib. Xatırladaq ki, Konta karyerası ərzində 4 dəfə WTA yarışlarında qalib olub.

CANLI YAYIM