Hill Ciddədəki trassı Bakıya bənzətdi

1 Dekabr, 17:10 Sosial mediada paylaşın:
Həftəsonu Səudiyyə Ərəbistanın Formula 1-də debüt edəcək.
Tarixdə ilk dəfə Ciddə şəhərində belə bir yarış keçiriləcəyinə görə, pilotlar necə mübarizə aparacaqlarını təsəvvür etməkdə çətinlik çəkirlər. Formula 1 üzrə sabiq dünya çempionu Deymon Hill isə Ciddə avtodromunu Bakıdakı trassla müqayisə edib: “Buradakı yarış pilotlar üçün yeni çağırış olacaq. Doğrusu, mən də onların yerinə bir qədər narahatam. Çünki trassın kənarları elə də geniş ərazini tutmur. Burada risk və təhlükə böyükdür. İstənilən halda bu qeyri-adi trassdır. Onu Bakıdakı trassla müqayisə edə bilərəm. Formula 1-in idman direktoru Ross Braun isə mənim bu firkimlə razılaşmır. Məncə, bu avtodrom Sinqapurla Bakının sintezinə bənzəyir. Biz qeyri-müəyyən bir yerdəyik. Pilotlar bolidi hara sürəcəyini bilmir. Əslində çempionluq uğrunda mübarizə üçün bu əla yerdir”

CANLI YAYIM