Çində daha bir Formula 1 yarışı keçirilə bilər

1 Dekabr, 15:06 Sosial mediada paylaşın:
Qarşıdakı illərdə Çində iki Qran-pri təşkil edilə bilər.
Bu barədə mətbuata açıqlamasında Formula 1-in rəhbəri Stefano Domenikali məlumat verib. Onun sözlərinə görə, Çinin şəhərlərindən biri yarışın təşkilində maraqlıdır. Xatırladaq ki, hazırda Formula 1-də Şanxayda Qran-pri təşkil edilir. Buna baxmayaraq, növbəti ildə də bu şəhər avtodromunun qapılarını Formula 1 pilotlarının üzünə bağlayacaq. Domenikalinin sözlərinə görə, pandemiyaya görə Çin höküməti risk etməmək qərarına gəlib. Məhz bu səbəbə görə Çinlə müqavilə daha 3 il müddətinə yenilənib. Amma Formula 1 rəhbəri qarşıdakı ildə çinli pilot Cjou Quanyunun bu ölkəni Kral avtoyarışlarında layiqincə təmsil edəcəyini söyləyib.

CANLI YAYIM