İki sərbəst güləşçimiz Kemerovoda fərqlənib

22 Oktyabr, 17:18 Sosial mediada paylaşın:
Rusiyanın Kemerovo şəhərində sərbəst güləş üzrə "Şaxtaçı şöhrəti" beynəlxalq turniri keçirilib.  
 
Yarışda çıxış edən iki güləşçimiz fəxri kürsüyə qalxıb. Yalnız finalda Qırğızıstan təmsilçisinə məğlub olan İsmayıl Abdullayev (74 kq) gümüş medalı boynundan asıb. Gənclər arasında Avropa üçüncüsü İslam Abuyev (125 kq) isə bürünc medala sahib çıxıb.