Azərbaycanın U-16 komandası yoldaşlıq oyununda heç-heçə edib

1 Dekabr, 10:38 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
BƏƏ-nin U-16 komandası ilə oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində Elton Mikayılov fərqlənib. Komandalar arasında növbəti oyun dekabrın 2-də keçiriləcək.

CANLI YAYIM