Qadınlardan ibarət millimiz qrupda ilk qələbəsini qazanıb

1 Dekabr, 10:35 Sosial mediada paylaşın:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
“Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb.
Millimizin qolunu oyunun 24-cü dəqiqəsində Ayşən Əhmədova vurub.
Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Malta (1:2) və Monteneqroya (0:2) məğlub olub. Rusiya seçməsi ilə keçirilən hər iki görüşdə təmsilçimiz uduzub – 0:2 və 0:4.

CANLI YAYIM