Novak Cokoviç "Australian Open"də iştirak etməyə bilər

30 Noyabr, 15:01 Sosial mediada paylaşın:
Dünya tennisinin bir nömrəsi, Novak Cokoviç mövsümün ilk “Böyük dəbilqə” yarışında iştirak etməyə bilər.
Təcrübəli raketka ustasının “Avstraliya Open” turnirini buraxma səbəbi vaksin olunub-olunmamasını açıqlamamasıdır. Bu fikri tennisçinin atası Sırjan Cokoviç söyləyib. O, bildirib ki, Novakın peyvəndlə bağlı qərarı onun şəxsi seçimidir:
“Hər kəsin öz sağlamlığı barədə müstəqil qərar vermə haqqı var. Buna heç kən müdaxilə etməməlidir. Təbii ki, Avstraliya Open”də iştirak etmək onun üçün önəmlidir. Ancaq vaksinasiya məcburiyyətinə görə Novak Avstraliyaya yollanmayacaq”.
Məsələ ilə bağlı turnirin direktoru Kreyq Tayli də açıqlama verib: “Novak özü də bilir ki, yarışda iştirak etmək üçün tam peyvənd olunmalıdır. Bu, təkcə tennisçilər üçün deyil, işçilər və tamaşaçılar üçün də vacib qaydadır. O, yekun qərarının bizə bildirəcəyini söylədi”.
Xatırladaq ki, “Avstraliya Open” turniri Yanvarın 17-si start götürəcək. 

CANLI YAYIM