Para-pauerliftinqçimiz Leyla Kərimova dünya çempionu olub

28 Noyabr, 12:05 Sosial mediada paylaşın:
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə milli komandası Tbilisidə keçirilən dünya çempionatında ikinci medalını qazanıb.
Gənclər arasında 86 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Leyla Kərimova qızıl medala sahib olub.
Təmsilçimiz 62 kiloqramlıq nəticə ilə bütün rəqiblərini qabaqlamağı bacarıb.
Qeyd edək ki, milli komandamızın digər üzvü Zəhra Dadaşova (50 kq) dünya çempionatında üçüncü olub.

CANLI YAYIM