ATP yeni mövsümün təqvimini açıqlayıb

26 Noyabr, 14:44 Sosial mediada paylaşın:
ATP yeni mövsümün ilk dövrəsi üçün təqvim planını açıqlayıb.
Son 2 ildə koronavirus pandemiyasına görə bəzi turnirlər ləğv edilirdisə, bu dəfə yalnız Avstraliyanın Brisben şəhərindəki yarış təşkil edilməyəcək. Buna baxmayaraq, yanvar ayının ilk günlərində Okeaniya zonasında xeyli turnir keçiriləcək. Mövsümün ilk yarışı isə yanvarın 1-də Sidneydə start götürəcək. Raketka ustaları komanda yarışı sayılan ATP Cup`da qüvvəsini sınayacaq. İlk fərdi turnir isə yanvarın 3-də Adelaidada start götürəcək. Daha sonra Melburn və Sidneydəki kortlar qapılarını tennis həvəskarlarının üzünə açacaq. Mövsümün ilk “Böyük Dəbilqə” seriyalı turniri olan “Australian Open” isə yanvarın 17-də başlanacaq. Avropada keçiriləcək ilk yarışa isə Fransanın Monpelye və İspaniya Kordoba şəhərləri ev sahibliyi edəcək. Hər iki turnirə yanvarın 31-dən start veriləcək. Mövsümün ilk Masters seriyalı yarışını izləmək üçün mart ayının 10-unu gözləmək lazım gələcək. Həmin tarixdə tennisçilər Amerika Birləşmiş Ştatlarının İndian-Uells turnrində qüvvəsini sınayacaq. Mövsümün ikinci “Böyük Dəbilqə” seriyalı turniri sayılan “Rolland Garros” mayın 22-dən etibarən keçiriləcək. “Uimbldon” iyunun 27-də start götürəcəksə, Amerika Açıq Tennis turnirinin tarixi isə hələ məlum deyil.

CANLI YAYIM