"Mersedes" daha bir mühəndisini itirdi

25 Noyabr, 17:30 Sosial mediada paylaşın:
“Mersedes”in texniki şöbəsi dəyişikliklərə məruz qalır.
Bir neçə ay əvvəl komandanın bəzi mühəndisləri əsas rəqib “Red Bull”un düşərgəsinə keçmişdi. Artıq Almaniya komandası daha bir itki ilə üzləşib. Belə ki, “Mersedes”in aerodinamika məsələləri üzrə rəhbəri Erik Blandin karyerasını “Aston Martin”də davam etdirəcək. 2017-ci ildən “Mersedes”də işləyən mütəxəssis buna qədər “Ferrari” və “Red Bull”da da fəaliyyət göstərmişdi.

CANLI YAYIM