"Mançester Yunayted" Sulşersiz ilk oyununa çıxır

23 Noyabr, 17:30 Sosial mediada paylaşın:
Çempionlar Liqasının mərkəzi qarşılaşmalarından biri İspaniyada keçiriləcək. F qrupunda liderliyə iddialı komandalar – “Vilyareal” və “Mançester Yunayted” üz-üzə gələcək. 4 turdan sonra hər iki klubun aktivində 7 xal var. Tərəflər arasında keçirilən ilk oyunda “Qırmızı şeytanlar”  2:1 hesabilə qalib gəlmişdilər.
Mançester təmsilçisi matça köməkçi məşqçi Maykl Kerrikin başçılığı ilə çıxacaq. Oyundan öncə ingiltərəli məşqçi Sulşerin komandadan ayrılmasına münasibətini bildirib.  O, matçla bağlı fikirlərini də dilə gətirib.
 “Sulşeri uzun müddətdir ki tanıyıram. Onun klubdan ayrılması bütün komanda üzvlərini məyus etdi. Gələcək karyerasında Sulşerə uğurlar arzulayıram. İndi isə komandanın müvəqqəti məşqçisi mənəm və bunun məsuliyyətini anlayıram. Qarşıda bizi “Vilyareal”la vacib oyun gözləyir. Düzdür, itkilərimiz var. Buna baxmayaraq matçı səbrsizliklə gözləyirik və qələbə üçün əlimizdən gələni edəcəyik”.
Komandalar oyuna bir sıra itkilərlər çıxacaqlar. “Vilyareal”da Pako Alkaser, Etyen Kapu, Jerar Moreno və Serxio Asenxonun oynayıb-oynamayacaqları sual altındadır. “Mançester Yunayetd”də isə Meysın Qrinvud, Pol Poqba və Rafael Varan zədə səbəbindən  oyunu buraxmalı olacaqlar.
Qeyd edək ki, “Vilyareal” - “Mançester Yunayetd” görüşü bu gün Bakı vaxtilə 21:45-də başlanacaq.

CANLI YAYIM