ATP saxata peyvənd sənədləri təqdim edənləri cəzalandıracaq

23 Noyabr, 13:55 Sosial mediada paylaşın:
ATP tennisçilərin koronavirus əleyhinə vaksinasiyadan keçməsi üçün tədbirləri gücləndirir.
Artıq bəzi turnirlərdə peyvənd vurmayan raketka ustalarının iştirakı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur. Bir müddət əvvəl Avstraliya Açıq tennis turniririn rəhbərliyi yanvarın 17-də start götürəcək turnirin şərtlərini açıqlayıb. Yeni reqlamentə görə, “Böyük Dəbilqə” yarışında yalnız hər iki doza peyvənd vurulan oyunçular iştirak edə bilər. ATP isə bundan sonra raketka ustalarının bu proseduru necə keçməsi ilə bağlı təhqiqatlara başlayacaq. Belə ki, saxta COVİD-19 sənədi təqdim edən tennisçilər 100 min dollar dəyərində cərimə və ya 3 illik diskvalfikasiya ilə cəzalandırılacaq. Hazırda ATP yarışlarında iştirak edən idmançıların 50, WTA turnirlərində yarışanların isə 60 faizi vaksinasiya prosesindən keçib.

CANLI YAYIM