Azərbaycan Cüdo Federasiyasının yeni baş katibi təyin olunub

23 Noyabr, 11:38 Sosial mediada paylaşın:
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.
O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.
Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayan Rəşad Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində aparıcı qurumlarda mühüm və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

CANLI YAYIM