Azərbaycan tamblinqçisi Mixail Malkin dünya çempionatında gümüş medal qazanıb

22 Noyabr, 11:25 Sosial mediada paylaşın:
Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Təmsilçimizin çıxışı 76,300 xalla qiymətləndirilib.
Yarışın qalibi 80 xalla Rusiya Gimnastika Federasiyasının üzvü Aleksandr Lisitsin olub. ABŞ idmançısı Kaden Braun 75,400 xalla yarışı üçüncü pillədə başa vurub.
Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir.

CANLI YAYIM