"Steypls Arena"nın adı dəyişdirilib

18 Noyabr, 16:30 Sosial mediada paylaşın:
Lebron Ceymsin komandasının çıxış etdiyi Los Ancelesin məşhur “Steypls Senter” arenasının adı dəyişdiriləcək.
Dekabrın 25-dən etibarən Amerika Birləşmiş Ştatlarının ən nəhəng idman komplekslərindən olan bu arena “Crypto.com Arena” adını daşıyacaq. Xatırladaq ki, bu kompleksdə “Los Anceles Leykers”, “Los Anceles Klippers”, “Los Anceles Sparks” basketbol klubları ilə yanaşı, “Los Anceles Kinqz” xokkey komandası da çıxış edir.

CANLI YAYIM