"Audi" "Maklaren"i, "Porşe" "Red Bull"u ələ keçirmək istəyir

17 Noyabr, 17:16 Sosial mediada paylaşın:
“Maklaren”in “Audi”nin tərkibinə keçəcəyi ilə bağlı söhbətlər hələ də səngimək bilmir.
Maraqlıdır ki, bir müddət əvvəl Almaniya şirkəti 2025-ci ildən müstəqil şəkildə Formula 1-də təmsil olunmaq istəyirdi. Amma “Audi” rəhbərliyi həmin müddəti tezləşdirmək istəyir. Artıq bu şirkətlə “Maklaren” arasında danışıqlar gedir. Hərçənd bir neçə gün əvvəl Böyük Britaniya təmsilçisinin rəhbərliyi yayılan məlumatları təkzib etmişdi. Yeri gəlmişkən, “Volksvagen”ə tabe olan “Audi” ilə yanaşı bu konsernin bir başqa üzvü olan “Porşe” şirkəti də “Red Bull”la əməkdaşlığa başlamaq istəyir. Bir müddət əvvəl “Porşe”nin adı “Alfa Romeo” və “Uilyams”la yanaşı hallansa da, şirkət daha iddialı komanda ilə əməkdaşlıq etməyi planlaşdırır.

CANLI YAYIM