Quanyu Formula 1-ə, Covinatsi Formula E-yə...

17 Noyabr, 16:13 Sosial mediada paylaşın:
Formula 1-də növbəti mövsüm iştirak edəcək komandaların heyətləri məlum olub.
Daha doğrusu, çempionatda yarışan 10 komandadan 9-u bu günə qədər hansı pilotlara güvənəcəyini müəyyənləşdirmişdi. Yalnız “Alfa Romeo” çətin seçim qarşısında qalmışdı. artıq İsveçrə komandası da bu problemi yoluna qoyub. Komandanın mətbuat katibliyinin verdiyi məlumata görə, 27 yaşlı Antonio Covinatsi “Alfa Romeo”nun bolidini idarə etməyəcək. Onun yerinə Çjou Quanyu mübarizə aparacaq. Beləliklə də, tarixdə ilk dəfə çinli pilot Formula 1-də debüt edəcək. Çjounun “Alfa Romeo”dakı komanda yoldaşı isə mövsümün sonunda “Mersedes”dən ayrılacaq Valtteri Bottas olacaq. Yeri gəlmişkən, “Alfa Romeo” ilə vidalaşan Antonio Covinatsi karyerasını Formula E-də davam etdirəcək. O bu yarışda çıxış edən “Dreqon Penkse” komandası ilə bir illik müqavilə imzalayıb.

CANLI YAYIM