Atası Tayson Fyurini karyerasını bitirməyə məcbur edir

10 Noyabr, 14:09 Sosial mediada paylaşın:
WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri karyerasını başa vura bilər.
Britaniyalı ağırçəkili boksçu bu haqda hələ heç bir fikir səsləndirməsə də, atası onu buna məcbur edir. Mətbuata açıqlama verən Taysonun atası oğlunun döyüşməyə ehtiyacı olmadığını söyləyib. Onun sözlərinə görə Fyuri bu günə qədər hər şeyi qazanıb və bundan sonra kiməsə nəyisə sübut etməməlidir. Xatırladaq ki, Fyuri son döyüşünü oktyabrın 10-da Deontey Uaylderə qarşı keçirmişdi. 11 raund davam edən görüşdə Tayson xal hesabı ilə rəqibini üstələməyi bacarmışdı.

CANLI YAYIM