Alonso Formula 1-lə erkən vidalaşmadığına görə təəssüflənir

27 Oktyabr, 16:36 Sosial mediada paylaşın:
“Alpin” pilotu Fernando Alonso Formula 1-lə erkən vidalaşmadığına görə təəssüf hissi keçirir.
Fransanın məşhur “Ekip” nəşrinə müsahibə verən ispaniyalı pilot bunları söyləyib: “Formula 1-də yalnız bir məqama görə özümü günahkar sayıram. Mən “Kral Avtoyarışları”nı daha erkən tərk etməli idim. Doğrudur, indi bu haqda danışmaq yersizdir, amma mən gərək 2018-ci ili gözləməməli idim. 2015 və ya 2016-cı ildə Formula 1-dən getsəydim, daha əla olardı. Bu itirdiyim iki-üç ildə “Dakar” və ya ralli yarışlarında iştirak etməli idim”. SİTATIN SONU Xatırladaq ki, 2018-ci ildə Formula 1-dən gedən Fernando Alonso sonradan fikrindən daşınaraq yenidən bu yarışda iştirak etmək qərarına gəlib.

CANLI YAYIM