Ekksltoun Beynəlxalq Xizək İdmanı Federasiyasında çalışacaq

27 Oktyabr, 14:33 Sosial mediada paylaşın:
Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun fəaliyyətini Beynəlxalq Xizək İdman Növləri Federasiyasında davam etdirəcək.
O bu qurumun rəhbəri Yohan Eliaşın dəvəti ilə məsləhətçi vəzifəsində çalışacaq. 90 yaşlı funksioner əsasən bu federasiyanın marketinq məsələləri ilə məşğul olacaq. Mətbuata açıqlama verən FİS-in prezidenti Eliaş Fiş Ekllstonunun Formula 1-in populyarlaşması üçün gördüyü işlərdən heyran olduğunu söyləyib. Onun fikrincə rəhbərlik etdiyi federasiyanın Berni kimi marketinq mütəxəssisinə ehtiyacı var.

CANLI YAYIM