Millimiz Malta yığmasına uduzub

27 Oktyabr, 11:20 Sosial mediada paylaşın:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 26-da Malta yığması ilə qarşılaşıb.
 "ASK Arena"da keçirilmiş oyun 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millimizin qolunu 90-cı dəqiqədə Vüsalə Seyfəddinova vurub.
Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Rusiya və Monteneqroya (hər iki oyun 0:2) məğlub olub.

CANLI YAYIM