AFFA "danışılmış oyunlar"la bağlı növbəti seminar keçirib

26 Oktyabr, 15:21 Sosial mediada paylaşın:
Bu gün Birinci divizionda mübarizə aparan “Qaradağ Lökbatan” klubunun əsas komandasının üzvlərinə "danışılmış oyunlar"la bağlı seminar keçirilib.
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

CANLI YAYIM