Azərbaycan boksçuları dünya çempionatında mübarizəyə başlayır

25 Oktyabr, 10:30 Sosial mediada paylaşın:
Bu gün Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürəcək.
13 gün davam edəcək yarışda Azərbaycanın 9 idmançısı mübarizə aparacaq.
İlk yarış günündə 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov rinqə çıxacaq. Onun rəqibi kubalı Osvel Kaballero Qarsia olacaq.
25 oktyabr57 kq1/32 finalÜmid Rüstəmov – Osvel Kaballero Qarsia (Kuba)
26 oktyabr51 kq1/16 finalMəsud Yusifzadə – Enxmandağ Xarxuu (Monqolustan)
63,5 kq1/32 finalMalik Həsənov – Xuan Reyes Donis (Qvatemala)
92 kq1/32 finalRauf Rəhimov – Luis Uilliams (İngiltərə)
27 oktyabr60 kq1/32 finalTayfur Əliyev – Çarles Petit-Homm (Haiti)
86 kq1/16 finalAlfonso Dominqes – Tavfiqulla Suleymani (AİBA)
28 oktyabr+92 kq1/16 finalMəhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)
29 oktyabr71 kq1/16 finalSərxan Əliyev – Stefen Nevns (Şotlandiya)/Luis Da Silva (Braziliya) cütünün qalibi
30 oktyabr75 kq1/16 finalMirşərif Kazımzadə - Aaron Prins (Trinidad və Tobaqo)/Soma Mester (Macarıstan) cütünün qalibi
Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçu iştirak edəcək. 2 600 000 ABŞ dolları mükafatı fondu olacaq mundialda çempion 100 000 ABŞ dolları qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.

CANLI YAYIM