UEFA "Qarabağ"ın qələbəsi ilə bağlı paylaşım edib

22 Oktyabr, 10:20 Sosial mediada paylaşın:
UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı növbəti dəfə paylaşım edib. Turnirin sosial şəbəkə hesabında Azərbaycan klubunun Bakıda Qazaxıstan "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldiyi qrup mərhələsinin III tur matçından fotolar yayımlanıb. "Son dəqiqədə qalib gəlmək, bax, budur" başlıqlı paylaşımda "köhlən atlar"ın H qrupunda məğlub olmadığı vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirəcəyi ilə bağlı sorğu yerləşdirilib. Qeyd edək ki, "Qarabağ" 3 oyundan 7 xalla hələlik qrupa başçılıq edir.

CANLI YAYIM