"Sabah" klubunun baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr, 17:20 Sosial mediada paylaşın:
“Sabah” klubu baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb. 40 yaşlı mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub. "Sabah" gənc baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Ramin Quliyev bu ilin martında “Sabah”ın baş məşqçisi təyin olunub. Komanda 7 turdan sonra Azərbaycan Premyer Liqasında 1 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

CANLI YAYIM