Kriştianu Ronaldu Çempionlar Liqasında yeni rekorda imza atıb

21 Oktyabr, 12:20 Sosial mediada paylaşın:
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
36 yaşlı hücumçu buna İtaliya "Atalanta"sına 3:2 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda nail olub.
Portuqaliyalı forvard 81-ci dəqiqədə fərqlənməklə turnirdə 38-ci komandaya qol vurmağı bacarıb. Daha əvvəl hansısa futbolçu bu nailiyyətə imza atmayıb.
Qeyd edək ki, hazırda "Mançester Yunayted" 6 xalla F qrupuna başçılıq edir. "Qırmızı şeytanlar" IV turda "Atalanta"nın qonağı olacaq.

CANLI YAYIM