Azərbaycanın FIFA referisi Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

19 Oktyabr, 11:40 Sosial mediada paylaşın:
FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasına təyinat alıb.
AFFA-nın rəsmi saytına istinadən, o, oktyabrın 21-də Çexiyada “Yablonets” və Danimarka “Randers”i arasında qrup mərhələsinin III tur oyununu idarə edəcək.
34 yaşlı baş hakimə Zeynal Zeynalov və Akif Əmirəli laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

CANLI YAYIM