Kilian Mbappe Paris klubunu İspaniya "Real Madrid"inə dəyişmək niyyətindədir

15 Oktyabr, 10:50 Sosial mediada paylaşın:
Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ ilə müqaviləsinin müddətini uzatmayacaq.
23 yaşlı hücumçu cari mövsümün sonunda Paris klubunu İspaniya "Real Madrid"inə dəyişmək niyyətindədir.
İddiaya görə, gənc forvard sözləşməni yeniləməməklə bağlı prinsipial qərar qəbul edib. O, klubun təklif edəcəyi maaşdan asılı olmayaraq, PSJ-dən ayrılacaq.
Qeyd edək ki, Kilian Mbappenin paytaxt təmsilçisi ilə müqaviləsi 2022-ci il iyunun 30-da başa çatacaq. "Real Madrid" futbolçuya 6 illik müqavilə və 40 milyon avro məvacib təklif edib.

CANLI YAYIM