Azərbaycanın U-21 yığması Xorvatiyaya 1:5 hesabla uduzub

13 Oktyabr, 11:40 Sosial mediada paylaşın:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 4-cü sınağında Xorvatiya ilə üz-üzə gəlib. Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Xorvatiyalıların heyətində Roko Şimiç het-trik edib. 18 yaşlı hücumçu 9-cu, 13-cü və 44-cü dəqiqələrdə fərqlənib. Digər 2 qolu 25-ci dəqiqədə Nikola Soldo, 81-ci dəqiqədə isə Yosip Şutalo vurublar. Azərbaycan millisinin heyətində isə yeganə qola 55-ci dəqiqədə Musa Qurbanlı imza atıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xallarını 12-yə çatdıran Xorvatiya isə liderliyə yüksəlib.

CANLI YAYIM