Serbiya yığması Azərbaycanla oyunda aparıcı futbolçuları meydana buraxmaya bilər

11 Oktyabr, 17:15 Sosial mediada paylaşın:
2022-ci il dünya çempionatının seçmə mərhələ matçında Azərbaycan millisini qəbul edəcək Serbiya yığmasının 6 futbolçusu sarı vərəqə limitindədir.
Yerli "Republika" nəşrinə istinadən, yığmanın əsas heyət üzvlərindən Aleksandar Mitroviç, Duşan Tadiç, Nemanya Qudel, həmçinin Uroş Spayiç, Nemanya Maksimoviç və Nemanya Radonyiç sarı vərəqə alacaqları təqdirdə, sonuncu turda Portuqaliya ilə matçı buraxacaqlar.
Baş məşqçi Draqan Stoykoviç bu səbəbdən bəzi aparıcı oyunçularını Azərbaycanla qarşılaşmada meydana buraxmaya bilər.
Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Serbiya 6 oyundan sonra 14 xalla liderdir. Rəqibindən bir oyun az keçirən Portuqaliyanın isə 13 xalı var.

CANLI YAYIM